+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Educo Xaricdə Təhsil Şirkəti ilə yeni əməkdaşlıq müqaviləsi imzaladıq.

By Humel - 8 Aug 2025 47 0 comments
Educo Xaricdə Təhsil Şirkəti ilə yeni əməkdaşlıq müqaviləsi imzaladıq.

 

Bu əməkdaşlıq çərçivəsində xaricdə təhsil almağa gedən tələbələrin adaptasiya prosesinin asanlaşdırılması, emosional rifahının qorunması və akademik uğurlarının dəstəklənməsi məqsədilə Humel Psixologiya Mərkəzi olaraq onlara peşəkar psixoloji xidmət göstərəcəyik.

 

Əməkdaşlıq tələbələrin xaricdə qarşılaşa biləcəkləri emosional çətinliklərin, mədəni uyğunlaşma prosesinin və stress vəziyyətlərinin daha sağlam şəkildə idarə edilməsinə yönəlmiş xüsusi psixoloji proqramları əhatə edir. Bu proqramlar tələbələrin həm şəxsi inkişafını, həm də akademik nəticələrini gücləndirməyi hədəfləyir.

 

Bundan əlavə, Educo Xaricdə Təhsil Şirkəti ilə birlikdə tələbələrin inkişafını dəstəkləyən maarifləndirici layihələr, seminarlar, hazırlıq proqramları və digər birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəldik. Bu çərçivədə həm ölkədən çıxmazdan əvvəl, həm də təhsil müddəti boyunca tələbələrə davamlı psixoloji dəstək göstəriləcək.

 

Humel Psixologiya Mərkəzi və Educo Xaricdə Təhsil Şirkəti arasında yaranan bu əməkdaşlığın xaricdə təhsil alan gənclərin emosional sabitliyinə, yeni mühitə uyğunlaşmasına və ümumi akademik müvəffəqiyyətinə əhəmiyyətli töhfə verəcəyinə inanırıq.

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!